Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqləndi Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

Ermənistanda müxalifət parlamenti boykot etdi

Cəmiyyət

İyunun 16-da Ermənistan parlamentinin fəaliyyət müddəti başa çatan tərkibinin son dördgünlük iclası başlayıb.

Cagdas.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, gündəlikdə ümumilikdə 56 məsələ yer alıb. Onlardan 12-si ikinci və yekun oxunuşda, qalanları isə birinci oxunuşda müzakirə olunacaq..

Bu qanun layihələrinin əksəriyyəti dövlət idarəçiliyi, vergi sistemi, ətraf mühitin mühafizəsi, yerli özünüidarəetmə və iqtisadi fəaliyyətin tənzimlənməsi sahələrinə aiddir.

Ermənistan mətbuatı yazır ki, müxalif deputatlar parlament iclasını boykot edib.

“Müxalifət iyunun 16-da başlayan iclasda iştirak etmir. Beləliklə, iclas yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatların iştirakı ilə keçirilir”, – mətbuat yazır.

Baş nazir Nikol Paşinyan da parlamentdə iştirak edir.(modern.az)