• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.6° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq

27 İyul, 26 / 16:08
A A

“Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm. Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq”.

Cagdas.az  xəbər verir ki, bunu iqtisadçı  Eldəniz Əmirov deyib. O bildirib ki, bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdü:

“Son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranır, qiymətlər isə iqtisadi əsaslardan daha sürətlə artırdı. Bu mənim proqnozumun əsaslandığı iqtisadi məntiq idi. Son günlər açıqlanan statistika həmin proqnozun ilk siqnallarını göstərir. Mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Belə ki, rüblük artım 2025-ci ilin IV rübündə 3,1%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,6% təşkil edib.

Şübhəsiz ki, bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, şəhərin mərkəzi hissələrində aparılan söküntü və yenidənqurma layihələri kimi amillər də təsir göstərir. Hesab edirəm ki, əsas dəyişiklik təkcə bu amillərlə izah olunmur. Qənaətimə görə, daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın, o cümlədən dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması bu prosesə təsir göstərən mühüm amillərdən biridir. Çox güman ki, qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək. Bunun nə qədər vaxt aparacağı isə dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı dinamikadan, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım sürətindən və iqtisadiyyatın ayrı-ayrı sahələrində alternativ investisiya imkanlarının yaranmasından asılı olacaq”.

İqtisadçı hesab edir ki, bu prosesin nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti olmaq xüsusiyyətini tədricən itirəcək: “Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi amillər həlledici rol oynayacaq. Uzunmüddətli perspektivdə isə bütün bunlar mənzil bazarının daha sağlam əsaslar üzərində formalaşmasına və mənzilin vətəndaşlar üçün tədricən daha əlçatan olmasına xidmət edə bilər. Çünki mənzil bazarının əsas məqsədi investisiya aləti olmaqdan daha çox insanların yaşayış ehtiyacını ödəmək olmalıdır”./Unikal/

Bənzər Xəbərlər

Cəmiyyət

Telefonlar BAHALAŞACAQ

İyul 27, 2026
Cəmiyyət

Bakıda güclü külək yaşayış binasının damını uçurdu – VİDEO

İyul 27, 2026
Cəmiyyət

Bakıda avtobus yandı, sürücünün xəbəri olmadı – VİDEO

İyul 27, 2026
Cəmiyyət

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR

İyul 27, 2026
Cəmiyyət

Bu şəxslər 7 min manat cərimələnəcək

İyul 27, 2026
Cəmiyyət

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır – Faktiki hava

İyul 27, 2026

XƏBƏR LENTİ

Telefonlar BAHALAŞACAQ

27 İyul, 26 / 16:49

Bakıda güclü külək yaşayış binasının damını uçurdu – VİDEO

27 İyul, 26 / 16:36

Bakıda avtobus yandı, sürücünün xəbəri olmadı – VİDEO

27 İyul, 26 / 16:22

Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq

27 İyul, 26 / 16:08

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR

27 İyul, 26 / 15:54

Bu şəxslər 7 min manat cərimələnəcək

27 İyul, 26 / 15:39

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır – Faktiki hava

27 İyul, 26 / 15:24

Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

27 İyul, 26 / 15:10

Bakıda obyekt yanır

27 İyul, 26 / 14:55

Sabah Azərbaycanda rekord isti gözlənilir – 41 dərəcə

27 İyul, 26 / 14:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.