• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.3° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

06 İyul, 26 / 9:36
A A

Son vaxtlar bəzi vətəndaşlar mənzil alarkən notariusda gözlənilməz vəziyyətlə qarşılaşırlar. Məlum olur ki, alınan mənzilin üzərində bank ipotekası və ya digər yüklülük var.

Mənzil alarkən onun bank ipotekasında olub-olmadığını necə öyrənmək olar? Mənzilin üzərində sonradan hər hansı borcun qalmadığını necə dəqiqləşdirmək mümkündür? Alıcı belə hallarda nələrə xüsusi diqqət etməlidir?

Çağdaş.Az xəbər verir ki , Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, notariusların hazırda iş yükü kifayət qədər çoxdur:

“Nəzərə alsaq ki, bu il Bakı şəhərində bir neçə notariat ofisi fəaliyyətini dayandırıb, nəticədə digər notariusların üzərinə düşən yük daha da artıb. Bu səbəbdən vətəndaşlar müxtəlif notariat prosedurları zamanı saatlarla gözləməli olduqlarını bildirirlər. Bəzi hallarda isə yalnız prosesin sonunda məlum olur ki, əmlak üzərində məhdudiyyət var”.

Ekspert bildirib ki, adətən vətəndaşlar alqı-satqı prosesində əvvəlcədən “beh” verirlər:

“Bu mərhələdə rialtorların da iştirakı olur. Demək olar ki, əmlak alqı-satqılarının 70-80 faizində onlar vasitəçi kimi çıxış edirlər. Bu baxımdan, ölkədə rialtor fəaliyyətinin hüquqi tənzimlənməsi və bu sahəyə nəzarət mexanizmlərinin yaradılması məqsədəuyğun olardı. Vaxtilə “Azərbaycan Respublikasında Rialtor peşəsi haqqında” qanun layihəsinin təklif edilməsi də məhz bu zərurətdən irəli gəlirdi. Belə bir tənzimləmə rialtorların sənədləşmə prosesində iştirak etməsinə, həmçinin müqavilə bağlanmazdan əvvəl əmlakın hüquqi vəziyyətini yoxlamasına imkan yarada bilər”.

Ekspertin sözlərinə görə, bunun üçün çıxarış və digər hüquq müəyyənedici sənədlər yoxlanılmalı, əmlak üzərində ipoteka, həbs, qadağa, yaxud digər yüklülüyün olub-olmadığı dəqiqləşdirilməlidir:

“Bu məlumatlar rəsmi dövlət reyestrindən əldə oluna bilər. Əgər mənzil bank ipotekasındadırsa, bankın razılığı olmadan alqı-satqının həyata keçirilməsi mümkünsüzdür. Buna görə də alıcı satıcının şifahi məlumatına etibar etməməli, bütün sənədləri rəsmi qaydada yoxlatdırmalıdır. Həmçinin kommunal xidmətlər və mənzillə bağlı digər öhdəliklər üzrə borcların olub-olmaması da əvvəlcədən araşdırılmalıdır. “Beh” verməzdən əvvəl bütün bu məsələlərin dəqiqləşdirilməsi sonradan yarana biləcək hüquqi və maliyyə risklərinin qarşısını alır. Tərəflər yalnız bütün hüquqi risklər aradan qaldırıldıqdan sonra notariat qaydasında alqı-satqı müqaviləsini bağlamalıdırlar”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Baş nazir yeni qərar imzaladı

İyul 10, 2026
İqtisadiyyat

Şanxay dünyanın ikinci ən böyük qlobal dəniz nəqliyyatı mərkəzidir

İyul 10, 2026
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 10,4 faiz ARTDI

İyul 10, 2026
İqtisadiyyat

Azərbaycan nefti kəskin ucuzlaşdı

İyul 10, 2026
İqtisadiyyat

Bu valyutalar bahalaşdı

İyul 10, 2026
İqtisadiyyat

Qızıl rekord həddə yaxınlaşır: Azərbaycanda alıcıları nə gözləyir?

İyul 9, 2026

XƏBƏR LENTİ

Ən böyük infeksiya epidemiyası BAŞLADI

10 İyul, 26 / 22:51

“Qızıl top” mükafatına 20 əsas namizəd – ADLAR

10 İyul, 26 / 22:36

Baş nazir yeni qərar imzaladı

10 İyul, 26 / 22:27

Kamilo Duran rəsmən “Qarabağ”dan AYRILDI

10 İyul, 26 / 22:06

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

10 İyul, 26 / 22:00

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi – FOTOLAR

10 İyul, 26 / 21:55

Almaniyada rekord isti: 5 mindən çox ölən var

10 İyul, 26 / 21:52

Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? – Aşpaz AÇIQLADI

10 İyul, 26 / 21:38

Makronun Suriya səfərinə terror kölgəsi: partlayışların arxasında kim DAYANIR?

10 İyul, 26 / 21:22

ABŞ İranla bağlı vəziyyətdə strateji çıxılmaz vəziyyətdədir

10 İyul, 26 / 21:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.