• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.8° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış

25 Avqust, 26 / 14:22
A A

Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.

Bu barədə Çağdaş.Az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil:

“Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır”.

Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir:

“Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.

Çünki məhkəmə mübahisəsi zamanı “pul vermişəm”, “pul qaytarılıb”, “faiz ödənilib” kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür”.

Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır:

“Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər”.

Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər:

“Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər. Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər”.

Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər:

“Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.

Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər”.

Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər:

“Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir. Əks halda bu gün “asan qazanc” kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

SƏNƏDSİZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ ÜÇÜN ŞƏRTLƏR - Kimlərə çıxarış veriləcək?

Avqust 25, 2026
Cəmiyyət

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Avqust 25, 2026
Cəmiyyət

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

Avqust 25, 2026
Cəmiyyət

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

Avqust 25, 2026
Cəmiyyət

Şəhid anası tələbə adını qazandı

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

Avqust 25, 2026

XƏBƏR LENTİ

SƏNƏDSİZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ ÜÇÜN ŞƏRTLƏR - Kimlərə çıxarış veriləcək?

25 Avqust, 26 / 15:06

ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsi Moskvaya enib

25 Avqust, 26 / 14:56

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

25 Avqust, 26 / 14:51

Paşinyan Azərbaycanın adını çəkdi, Rusiyaya çağırış etdi: 3 ölkəyə satıla bilər

25 Avqust, 26 / 14:37

Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış

25 Avqust, 26 / 14:22

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

25 Avqust, 26 / 14:07

Ağdamda iş adamları həbs edildi

25 Avqust, 26 / 13:52

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

25 Avqust, 26 / 13:39

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

25 Avqust, 26 / 13:24

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

25 Avqust, 26 / 13:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.