Son dəqiqə

Gələcəkdə Qarabağda yarışlar keçirilə bilər

Cəmiyyət

Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

Cagdas.az -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da – Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”, – deyə dövlət başçısı vurğulayıb.