Son dəqiqə

Generalın öldüyü təyyarənin “qara qutusu” tapılıb

Cəmiyyət

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın öldüyü təyyarə qəzası ilə bağlı açıqlama verilib.

Cagdas.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankaradan Tripoliyə uçarkən qəzaya uğrayan təyyarənin səsyazma cihazı və “qara qutu”su tapılıb.

“Təyyarənin səs yazıcısı saat 02:45-də dağıntı yerində, qara qutu isə saat 03:20-də tapılıb.”, – deyə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Xatırladaq ki, göyərtəsində 6 nəfərin olduğu təyyarə Ankaradan Tripoliyə qayıdarkən qəzaya düşüb. (modern.az)