Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Global Media Group” səkkiz yaşında: İnformasiya məkanında yeni üslublar yaradan holdinq

Cəmiyyət

Bu gün “Global Media Group”un 8 yaşı tamam olur.

Cagdas.az-ın məlumatına görə, şirkət 2017-ci ildən fəaliyyət göstərir.

Şirkət qrupa daxil olan təşkilatların idarə olunması ilə məşğuldur. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qazetlər və digər şirkətlər daxildir.

Media qrupu özündə “Haber Global”, Oxu.Az, Baku.ws, Report.az, Kaspi.az, Kaspiy.az, Baku TV, Media.az, PhotoStock.az, Caliber.Az və “Global Management”i birləşdirir.

Bu illər ərzində bir çox yeniliklərə imza atılıb. Yaradıcı layihələr təqdim olunub və hər zaman keyfiyyətli, doğru məzmun çatdırmaq prioritet hesab olunub.

Gələcəyə inamla və uğurla addım atan “Global Media Group” hər bir layihəsi ilə inkişafı və innovasiyanı ön planda tutur. Şirkətlər qrupuna daxil olan Global Management, Report İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər müxtəlif sahələr üzrə ISO beynəlxalq sertifikatlara layiq görülüb.

“Global Media Group” 8 il ərzində Azərbaycan informasiya məkanında müasir tələblərə uyğun yeni üslubların yaranmasına nail olub.

Oxu.Az kollektivi olaraq “Global Media Group”u təbrik edir, uğurlar arzulayırıq./Oxu.az/