Cagdas.az xəbər verir ki, tədqiqatlara əsasən, hər gün müntəzəm olaraq bir ovuc (təxminən 30 qram) qoz yemək ilk növbədə beyin funksiyalarını kəskin şəkildə yaxşılaşdırır. Tərkibindəki yüksək Omeqa-3 yağ turşuları sayəsində yaddaş itiləşir və beyin hüceyrələrinin qocalma prosesi ləngiyir.
Tərkibindəki təbii melatonin isə sinir sistemini sakitləşdirərək yuxu keyfiyyətini artırır və gündəlik stress səviyyəsini aşağı salır. Mütəxəssislər bu faydalardan maksimum yararlanmaq üçün gündə 7 ədəd tam qoz ləpəsi yeməyi tövsiyə edirlər.(metbuat.az)














