• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

HƏKİMLƏRİN MAAŞLARINDAKI ARTIM BELƏ HESABALACAQ... - Səhiyyədə nələri dəyişəcək?

14 Sentyabr, 26 / 14:28
A A

Sentyabrın 1-dən TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əmək haqqının artırılması ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Maaş artımının həkimlərin maddi motivasiyasını gücləndirməsi və tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərməsi gözlənilir. Lakin vətəndaş üçün əsas məsələ maaş artımının xəstəxanalarda göstərilən xidmətə, növbələrə, pasiyent münasibətlərinə və əlavə ödəniş hallarına necə təsir edəcəyidir.

Bəs tibb işçilərinin maaşının artırılması vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətini real olaraq yüksəldəcəkmi? Yeni əmək haqqı sistemi icbari tibbi sığorta çərçivəsində pasiyentlərdən qanunsuz əlavə ödənişlərin qarşısının alınmasına necə təsir göstərə bilər?

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsindən Çağdaş.Az-ya verilən məlumata görə, səhiyyə işçilərinə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələrin hesablanması Qaydasına əsasən, ambulator baxış, endoskopiya, rentgenoqrafiya, mammoqrafiya, flüoroqrafiya, biopsiya, USM, EEQ, EMQ, EXO və EKQ icra edən həkimlərə hər ay müəyyən edilmiş məbləğdə həvəsləndirici əlavə müəyyən edilir; bu məbləğ həkim üzrə həmin ay göstərilən xidmətlərin sayına əsasən pilləli cədvəl üzrə hesablanır.

“Lakin yekun əlavə bu sabit rəqəmlə məhdudlaşmır: Qaydaya əsasən sabit məbləğə, pasiyentlərin məmnuniyyət qiymətləndirmələrinə söykənən bir əmsal da tətbiq olunur və yekun əlavə bu iki kəmiyyətin hasili kimi formalaşır (Əlavə = Sabit məbləğ × Məmnuniyyət əmsalı).

Məmnuniyyət əmsalının formalaşması Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən aparılan ekspertizadan əvvəl hər bir həkim üzrə aylıq toplanan pasiyent qiymətləndirmələri əsasında həyata keçiriləcəkdir: hər qiymətləndirmə 1-dən 5-dək bal şkalası üzrə pasiyent tərəfindən mygov vasitəsilə verilir və konkret bir həkimə aid edilir.

Təqvim ayının sonunda həmin ay ərzində müvafiq həkim üzrə toplanmış bütün qiymətləndirmələrin sadə ortalaması hesablanır, yəni bütün balların cəmi qiymətləndirmələrin sayına bölünür. Bu nəticə xam bal adlandırılır və növbəti mərhələdə yuvarlaqlaşdırılaraq əmsalın müəyyən edilməsi üçün istifadə olunur”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, yuvarlaqlaşdırılmış aylıq ortalama bal əsasında, məmnuniyyət balına müvafiq olaraq 0,80-1,20 aralığında məmnuniyyət əmsalı müəyyən edilir: “Bununla belə, 0,80-1,20 aralığında əmsalın tətbiq oluna bilməsi üçün mühüm bir şərt mövcuddur: həkim üzrə həmin ay toplanmış qiymətləndirmələrin sayı, onun eyni ay ərzində göstərdiyi müvafiq tibbi xidmətlərin faktiki sayının 15 faizindən az olmamalıdır. Əgər toplanmış qiymətləndirmələrin sayı bu 15 faizlik həddə çatmırsa, qeyd olunan əmsallar tətbiq edilmir və onun əvəzinə aşağıdakı, fərqli 1,00 – 0,80 aralığında əmsallardan istifadə olunur.”

Mövzu ilə bağlı professor, tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, maaş artımı və müxtəlif sosial güzəştlər müsbət addımlardır. Lakin bu yanaşma yalnız TƏBİB-in tabeliyindəki tibb müəssisələri ilə məhdudlaşmamalıdır.; “Çünki Səhiyyə Nazirliyinin tabeliyində də mühüm tibb strukturları fəaliyyət göstərir. Elmi-tədqiqat institutlarında çalışan alim və yüksək ixtisaslı mütəxəssislər, eləcə də Məhkəmə Tibbi Ekspertiza və sanitariya qurumlarının əməkdaşları da diqqətdə saxlanılmalıdır”.

 

 

Ekspert vurğulayıb ki, həkimlərin əməkhaqqının artırılması ümumi prinsip kimi bütün dövlət tibb müəssisələrinə şamil edilməlidir: “İcbari tibbi sığorta sistemi ilə yanaşı, Onkologiya Klinikası, Ağciyər İnstitutu və digər dövlət tibb müəssisələrində çalışan həkimlər də bu prosesə daxil edilməlidir”.

Adil Qeybulla hesab edir ki, həkimlərin ölkədə qalaraq fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi gücləndirilməlidir: “Bu, xaricə gedən həkimlərin sayının azalmasına və xaricdə təcrübə qazanan mütəxəssislərin Azərbaycana qayıtmasına şərait yarada bilər. Belə addımlar bütün tibb strukturlarını əhatə etməli və səhiyyəyə vahid sistem kimi yanaşılmalıdır”./Referans Media/

Bənzər Xəbərlər

İqtisadiyyat

Prezident "SABAH.city"nin açılışını etdi

Sentyabr 14, 2026
Cəmiyyət

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Sentyabr 14, 2026
İqtisadiyyat

Bu halda işdən müavinət alacaqsınız - DETALLAR

Sentyabr 14, 2026
İqtisadiyyat

Bazarda hamının axtardığı məhsul – Qiyməti sadəcə 70 qəpikdir…

Sentyabr 14, 2026
İqtisadiyyat

Azərbaycan nefti 120 dolları keçdi – Bakı nə qazanır, bahalaşma nə qədər davam edəcək?

Sentyabr 14, 2026
İqtisadiyyat

Vətəndaşlara ŞAD XƏBƏR: Azərbaycanda maaşlar bu qədər olacaq

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Prezident "SABAH.city"nin açılışını etdi

14 Sentyabr, 26 / 14:57

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

14 Sentyabr, 26 / 14:43

HƏKİMLƏRİN MAAŞLARINDAKI ARTIM BELƏ HESABALACAQ... - Səhiyyədə nələri dəyişəcək?

14 Sentyabr, 26 / 14:28

Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ

14 Sentyabr, 26 / 14:14

Tramp xəbərdarlıq etdi: FES faizləri aşağı salmasa...

14 Sentyabr, 26 / 14:00

Arda Gülər Mourinyonu etirafa məcbur etdi – 23 dəqiqə hər şeyi dəyişdi

14 Sentyabr, 26 / 13:46

Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

14 Sentyabr, 26 / 13:32

Ana olmaq istəyənlərə vacib xəbərdarlıq: İldə bir dəfə bunu edin

14 Sentyabr, 26 / 13:18

Valideynlərə ŞAD XƏBƏR: Bu gündən başladı - Dövlət 350 manat ödəyəcək

14 Sentyabr, 26 / 13:04

Bu halda işdən müavinət alacaqsınız - DETALLAR

14 Sentyabr, 26 / 12:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.