Sarımsaq əsrlər boyu təbii təbabətdə ən güclü müalicəvi vasitələrdən biri kimi istifadə olunur.
Cagdas.az xəbər verir ki, mütəxəssislər hər həftə müntəzəm olaraq cəmi bir diş təzə sarımsaq yeməyin insan orqanizmində möcüzəvi dəyişikliklərə səbəb olduğunu bildirirlər.
Sarımsağın tərkibindəki əsas təsiredici maddə onun əzilməsi və ya çeynənilməsi zamanı ortaya çıxan “allisin” birləşməsidir. Hər həftə bir diş sarımsaq qəbul etdikdə, bu maddə bədəndə təbii antibiotik rolunu oynayaraq immun sistemini kəskin şəkildə möhkəmləndirir, virus və bakteriyalara karşı müqaviməti artırır.
Eyni zamanda sarımsaq qan dövranını tənzimləyir, damarların elastikliyini bərpa edir və yüksək qan təzyiqini nəzarətdə saxlamağa kömək edir.
Müntəzəm sarımsaq istehlakı qanda “pis” xolesterinin (LDL) səviyyəsini aşağı salaraq ürək-damar xəstəlikləri və infarkt riskini kəskin azaldır.
Sarımsaq həm də güclü antioksidant mənbəyi olduğu üçün hüceyrə qocalmasının qarşısını alır, həzm sistemini zərərli mikroblardan təmizləyir və bədəndən toksinlərin xaric olunmasını sürətləndirir.\musavat.com\
















