• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.7° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Heydər Əliyevin Bakıya dönüşünün pərdəarxası: Təyyarə niyə İran üzərindən uçdu?

 

15 İyun, 26 / 19:11
A A

15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş günü olaraq qeyd edilir. Bu tarix 1993-cü ildə ölkəni xaosdan, anarxiyadan və vətəndaş müharibəsi təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Ali Sovetin sədri seçilməsi ilə xatırlanır…

Çağdaş.Az xəbər verir ki, Modern.az saytı tarixə qısa ekskurs edərək, Heydər Əliyevin 33 il əvvəl Bakıya həmin gəlişini “Bir şəklin tarixçəsi” rubrikasında yada salıb.

9 iyun 1993-cü il… Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da günorta saatlarında Binə Hava Limanına enir… Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi… Və Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayır…

9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya uçan Heydər Əliyevi TU-13413-3 markalı təyyarədə müşayiət edən bir neçə şəxs olmuşdu ki, onlardan da biri Ümumilli liderin ilk şəxsi mühafizəçisi Əmir Hüseynov idi (fotoda Heydər Əliyevin arxasında dayanan şəxs. Əmir Hüseynov 1991-ci ildə Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı gündən onun mühafizəsinə qoşulmuş və bu missiyasını 1994-cü ilə qədər davam etdirmişdi-red.)

Naxçıvan Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsini idarə edən kapitan İlham Əmirov olmuşdu. Onun xatirələrindən:

“Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC-də bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və həmin icazəyə əsasən, təyyarə qonşu  ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü…

Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.

Heydər Əliyevin həmin günlə bağlı öz xatirələrindən: “1993-cü  ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən Bakıya gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz Elçibəy olmaqla, dörd gün – iyunun 5-dən 9-dək mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər.

Yenə də getmək fikrim yox idi. Çünki Naxçıvanın ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də orada qalacağam”.

Bununla belə, ölkədəki vəziyyəti və çoxsaylı müraciətləri nəzərə alan Ümummilli lider Bakıya gəldi…

Sonralar “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi:

“…Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim”.

Bənzər Xəbərlər

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ – Sabahdan sığorta sistemi dəyişir – DETALLAR

İyun 15, 2026
Cəmiyyət

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

İyun 15, 2026
Cəmiyyət

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

İyun 15, 2026
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANDI

İyun 15, 2026
Cəmiyyət

Azərbaycanda çimərlik mövsümünə start verilir

İyun 15, 2026
Cəmiyyət

Paytaxt sakinlərinə ŞAD XƏBƏR – Bu yollar təmir olunacaq

İyun 15, 2026

XƏBƏR LENTİ

Sürücülərin NƏZƏRİNƏ – Sabahdan sığorta sistemi dəyişir – DETALLAR

15 İyun, 26 / 20:54

Zaqatalada əkin sahəsində kütləvi TƏLƏFAT: Suya elektrik cərəyanı verdilər

15 İyun, 26 / 20:25

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

15 İyun, 26 / 20:01

ABŞ-İran razılaşmasının icrasına ABŞ cavabdehdir - ƏRAQÇİ

15 İyun, 26 / 19:44

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

15 İyun, 26 / 19:27

Heydər Əliyevin Bakıya dönüşünün pərdəarxası: Təyyarə niyə İran üzərindən uçdu?

 

15 İyun, 26 / 19:11

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək - FOTOLAR

15 İyun, 26 / 18:56

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

15 İyun, 26 / 18:56

Sabahın hava proqnozu AÇIQLANDI

15 İyun, 26 / 18:40

Dünyanın ilk heyvansız “ferma”sı açıldı – Təbii ətdən seçilməyəcək

15 İyun, 26 / 18:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.