• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İlham Əliyev Böyük Britaniyanın səfirinin etimadnaməsini qəbul etdi – FOTO

18 Avqust, 26 / 17:47
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

Cagdas.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman dedi:

“Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram”.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğuladı.

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini dedi, təhsil sahəsində əlaqələri qeyd etdi və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırdı.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini dedi.

Dankan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırlatdı.

Dövlətimizin başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzuladı, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini dedi.

Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirdi.

Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirdi, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd etdi.

Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğuladı.

Prezident İlham Əliyev dedi ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.

Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlətimizin başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Azad edilmiş ərazilərdə 99 tarixi abidə ilə bağlı qərar verildi

Avqust 18, 2026
Cəmiyyət

Azərbaycan Prezidenti bu yardıma görə Böyük Britaniyaya minnətdarlıq etdi

Avqust 18, 2026
Cəmiyyət

Taksi və avtobusdan istifadə edənlərin sayı artıb

Avqust 18, 2026
Cəmiyyət

Əmək bazarında yaş səddi: 40-ı keçənlər iş tapa bilmir

Avqust 18, 2026
Cəmiyyət

Quru sərhədlər gündəmdə – İqtisadiyyatda nə qədər itiririk – AÇIQLAMA

Avqust 18, 2026
Cəmiyyət

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Avqust 18, 2026

XƏBƏR LENTİ

Azad edilmiş ərazilərdə 99 tarixi abidə ilə bağlı qərar verildi

18 Avqust, 26 / 18:15

Azərbaycan Prezidenti bu yardıma görə Böyük Britaniyaya minnətdarlıq etdi

18 Avqust, 26 / 18:01

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır – FOTOLAR

18 Avqust, 26 / 18:00

İlham Əliyev Böyük Britaniyanın səfirinin etimadnaməsini qəbul etdi – FOTO

18 Avqust, 26 / 17:47

Taksi və avtobusdan istifadə edənlərin sayı artıb

18 Avqust, 26 / 17:32

Əmək bazarında yaş səddi: 40-ı keçənlər iş tapa bilmir

18 Avqust, 26 / 17:18

Quru sərhədlər gündəmdə – İqtisadiyyatda nə qədər itiririk – AÇIQLAMA

18 Avqust, 26 / 17:04

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

18 Avqust, 26 / 16:48

7 nazirlik işçi axtarır: 3 700 manat maaş

18 Avqust, 26 / 16:33

Dənizdə sabah hava necə olacaq?

18 Avqust, 26 / 16:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.