Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Çağdaş.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Mürsəl oğlu Ələkbərova
general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova
general-mayor Faiq Həmzəağa oğlu Məmmədova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Elfan Şakir oğlu Quliyevə.
















