Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək.
Çağdaş.Az xəbər verir ki, Prezident İlham Əliyev bunu Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib.
“Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”, – dövlət başçısı əlavə edib.
















