• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İlham Əliyevin müsahibəsi Ermənistanda da ƏKS-SƏDA VERDİ

12 Avqust, 26 / 12:16
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistan mətbuatının da diqqətinə cəlb edib.
Cagdas.az  saytı xəbər verir ki, İlham Əliyevin müsahibə zamanı Ermənistanın İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapituliyasiya aktını imzalaması, Zəngəzur dəlizinin açılması məsələsinin üçtərəfli bəyanata salınması, Metsamor AES-in bağlanmasının vacibliyi kimi məsələlərə dair açıqlamaları qonşu ölkənin aparıcı mətbuat orqanlarına dərc olunub.

Erməni KİV-ləri müsahibənin xüsusilə aşağıdakı məqamlarını tirajlayıblar.

İlham Əliyev: “Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.

Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır – Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, – müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik”.

Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 10-da, Şuşanın azad edilməsindən sonra Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli danışıqlar aparıldığı və üçtərəfli bəyanatın imzalandığı barədə dedikləri də erməni jurnalistlərin diqqətini xüsusi olaraq çəkib:

“O vaxt – noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var”.

Ermənistan mətbuatı Azərbaycan Prezidentinin Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasının vacibliyi barədə qeydlərini də dərc edib. Bu zaman İlham Əliyevin “Metsamor Atom Elektrik Stansiyasının bağlanmasından sonra Ermənistanda energetika böhranı riski” barədə xəbərdarlığına diqqət yetirilib. Azərbaycan Prezidentinin Bakının Ermənistanı əlavə elektrik enerjisi mənbəyi ilə təmin etməyə hazır olduğunu bəyan etməsi qonu ölkə mətbuatının xəbər başlıqlarına çıxarılıb:

“Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini – bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.

Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi – harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər.

Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, – əgər böhran yaranarsa, – imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır”.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı metrosundan 1 milyon insan istifadə edə bilər – STATİSTİKA

Avqust 12, 2026
Cəmiyyət

Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycan dövləti 4,3 milyard manatlıq ipoteka krediti verib

Avqust 12, 2026
Cəmiyyət

Naxçıvanla bağlı Sərəncam: 258 milyon manat ayrıldı

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycanda bu rayona quş hücumu – İnsanlar ŞOKDA

Avqust 12, 2026
Cəmiyyət

Ermənistan ordusu yeni hərbi formaya keçir

Avqust 12, 2026

XƏBƏR LENTİ

Bakı metrosundan 1 milyon insan istifadə edə bilər – STATİSTİKA

12 Avqust, 26 / 13:26

Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO

12 Avqust, 26 / 13:11

Azərbaycan dövləti 4,3 milyard manatlıq ipoteka krediti verib

12 Avqust, 26 / 12:57

Naxçıvanla bağlı Sərəncam: 258 milyon manat ayrıldı

12 Avqust, 26 / 12:44

Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

12 Avqust, 26 / 12:30

İlham Əliyevin müsahibəsi Ermənistanda da ƏKS-SƏDA VERDİ

12 Avqust, 26 / 12:16

Azərbaycanda bu rayona quş hücumu – İnsanlar ŞOKDA

12 Avqust, 26 / 12:03

Ermənistan ordusu yeni hərbi formaya keçir

12 Avqust, 26 / 11:49

Neftimiz büdcə qiymətindən 30 dollar baha satılır

12 Avqust, 26 / 11:35

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

12 Avqust, 26 / 11:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.