Son dəqiqə
“Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar

İllərin qəzalı binaları tarixə qovuşur: Böyük söküntü BAŞLAYIR

Cəmiyyət

Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan, “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntüsünə başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır.

Cagdas.az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda söküntü işləri xüsusi texnikanın köməyi və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar.

Bildirilib ki, yeni layihə Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə mühüm töhfə verəcək. Aparılan işlər sakinlər tərəfindən də müsbət qarşılanır.

Layihə çərçivəsində yeni yaşayış binalarının inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq oyun meydançalarının, park zonalarının, parkinq sahələrinin və ictimai istifadə üçün nəzərdə tutulan digər obyektlərin yaradılması planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu proses şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.