• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İpoteka kreditləri azaldı: Mənzillər ucuzlaşa bilər?

03 Avqust, 26 / 21:46
A A

Azərbaycanda dövlət tərəfindən verilən ipoteka kreditlərinin həcmində azalma qeydə alınıb. Bu ilin ilk altı ayında verilən ipoteka kreditləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb. Halbuki əvvəlki illərdə bu göstərici, demək olar ki, hər il artım nümayiş etdirirdi.
Bu tendensiya mənzil bazarına və ipoteka gözləyən vətəndaşlara necə təsir göstərə bilər?
Cagdas.az  xəbər verir ki, AQC sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, ipoteka kreditlərinin həcmində baş verən azalma müəyyən mənada həm mənzil bazarında tələbə, həm də vətəndaşların ipoteka ilə bağlı gözləntilərinə təsir göstərə bilər:

“2,8 faizlik azalma bazara ciddi təsir edəcək səviyyədə deyil. Ümumilikdə baxdıqda, İpoteka və Kredit Zəmanəti Fondu fəaliyyətə başladığı gündən indiyədək təxminən 60 min ipoteka krediti verib. Bu isə son 10 il ərzində orta hesabla ildə təxminən 6 min mənzilin ipoteka hesabına alınması deməkdir. Bu göstərici daşınmaz əmlak bazarında satılan mənzillərin ümumi sayının təxminən 7-8 faizini təşkil edir. Yəni ipoteka kreditləri ilə alınan mənzillərin bazardakı payı böyük olmadığından, bu istiqamətdə baş verən azalma tələbə müəyyən təsir göstərsə də, bazardakı ümumi tendensiyalara, qiymətlərə və gözləntilərə ciddi təsir etmək gücünə malik deyil”.

İqtisadçı əlavə edib ki, hər dəfə İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yeni ipoteka krediti ayrıldıqda bazarda müəyyən fəallıq yaranır, tələb artır və bunun fonunda qiymətlərdə də müəyyən artım müşahidə oluna bilər:

“Lakin bu amilin ümumi bazara təsiri digər faktorlarla müqayisədə kifayət qədər məhduddur. Çünki mənzil qiymətlərinə təsir edən əsas amillər tikinti materiallarının bahalaşması, tikinti sektorunda əməkhaqlarının artması, tikinti normativlərinin mürəkkəbləşməsi, torpaq sahələrinin məhdudluğu və qiymətlərinin yüksəlməsi, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, inflyasiya, daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyinin artması və alternativ investisiya imkanlarının məhdud olmasıdır. Bu baxımdan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən ayrılan kreditlərin bazara təsiri bütün bu amillərlə müqayisədə maksimum 5-6 faiz səviyyəsində qiymətləndirilə bilər. Ona görə də ipoteka kreditlərinin həcmində qeydə alınan 2,8 faizlik azalma müəyyən məhdudlaşmanı göstərsə də, bunun mənzil bazarına ümumi təsiri ciddi olmayacaq”.

Bənzər Xəbərlər

Cəmiyyət

Nəriman Həsənzadədən sonra neçə “Xalq şairi” və “Xalq yazıçısı” sağ qalıb… – SİYAHI

Avqust 3, 2026
Cəmiyyət

İlin son Günəş tutulması baş verəcək

Avqust 3, 2026
Cəmiyyət

Alimlər yeni planet aşkarladılar

Avqust 3, 2026
Cəmiyyət

Bu simvolun mənasını bilirsiniz? – Milyonlarla insan hər gün ondan istifadə edir

Avqust 3, 2026
Cəmiyyət

Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? – Video

Avqust 3, 2026
Cəmiyyət

Azərbaycanda 1700 nəfər orqan donoru olmaq üçün müraciət edib

Avqust 3, 2026

XƏBƏR LENTİ

Osimhen getmək istəyir – “Qalatasaray”da böhran

03 Avqust, 26 / 22:34

Nəriman Həsənzadədən sonra neçə “Xalq şairi” və “Xalq yazıçısı” sağ qalıb… – SİYAHI

03 Avqust, 26 / 22:20

İlin son Günəş tutulması baş verəcək

03 Avqust, 26 / 22:07

Alimlər yeni planet aşkarladılar

03 Avqust, 26 / 21:53

İpoteka kreditləri azaldı: Mənzillər ucuzlaşa bilər?

03 Avqust, 26 / 21:46

Bu simvolun mənasını bilirsiniz? – Milyonlarla insan hər gün ondan istifadə edir

03 Avqust, 26 / 21:33

Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? – Video

03 Avqust, 26 / 21:20

Azərbaycanda 1700 nəfər orqan donoru olmaq üçün müraciət edib

03 Avqust, 26 / 21:08

Azərbaycana sürücüsüz nəqliyyat gəlir – Yeni hüquqi baza yaradıldı

03 Avqust, 26 / 20:52

Eyni vaxtda 110 küçədə təmir başladı – Sürücüləri çətin günlər gözləyir

03 Avqust, 26 / 20:39
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.