• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.3° Weather Columbus
$
1.7
€
1.9685
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16 İyun, 26 / 17:13
A A

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Cagdas.az  xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.

İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

– ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısı;

– bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi;

– ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası;

İqtisadiyyat Nazirliyi həmçinin fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-nə qədər qüvvədədir.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

“İdrak” liseyinin dəbdəbəli məzun gecəsi – FOTO – VİDEO

İyun 16, 2026
Cəmiyyət

İkinci ali təhsilin qiymətləri açıqlandı: Rekord BDU-dadır – 7600 manat

İyun 16, 2026
Cəmiyyət

Təyyarəsi gecikən sərnişinlərə təzminat ödəniləcək

İyun 16, 2026
Cəmiyyət

Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib

İyun 16, 2026
Cəmiyyət

Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır...

İyun 16, 2026
Cəmiyyət

Azərbaycanda mal əti istehsalı 20 faizdən çox artırılacaq

İyun 16, 2026

XƏBƏR LENTİ

“İdrak” liseyinin dəbdəbəli məzun gecəsi – FOTO – VİDEO

16 İyun, 26 / 18:33

İkinci ali təhsilin qiymətləri açıqlandı: Rekord BDU-dadır – 7600 manat

16 İyun, 26 / 18:20

Təyyarəsi gecikən sərnişinlərə təzminat ödəniləcək

16 İyun, 26 / 18:11

Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib

16 İyun, 26 / 17:59

Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır...

16 İyun, 26 / 17:52

 SON DƏQİQƏ! Prokurorluq Hava Limanında ƏMƏLİYYAT KEÇİRDİ

16 İyun, 26 / 17:46

Amerika İrana qarşı ölümcül bir səhvə yol verdi – Lukaşenko

16 İyun, 26 / 17:43

Azərbaycanda mal əti istehsalı 20 faizdən çox artırılacaq

16 İyun, 26 / 17:28

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16 İyun, 26 / 17:13

İran XİN ABŞ ilə yeni danışıqların mövzularını açıqlayıb

16 İyun, 26 / 16:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.