Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

İyunun 17-19-da bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir

Cəmiyyət

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyunun 17-19-da hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

Cagdas.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, qeyd olunan günlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.