Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar

Cəmiyyət
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.

Cagdas.az -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bir neçə vəzifəli həbs edilib.\ölkə.az\