Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Cəmiyyət

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib.

Cagdas.az  xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin kəndə dönüşü təmin etməli olduğunu bildirib.

Deputat qeyd edib ki, ölkədə 4 244 kənd var. Bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı aşağı düşür, tibb məntəqələrinin saxlanılması zərurəti azalır, poçt və bank xidmətləri isə “qeyri-rentabelli” sayılır.

Onun sözlərinə görə, dövlət xidmətlərinin yoxluğu kəndlərin boşalmasına, daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına tələbatın artmasına səbəb olur.

Zahid Oruc Azərbaycanın müxtəlif bölgələrində iqlim şəraitinin fərqləndiyini vurğulayıb:

“Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır”.

Deputat bildirib ki, hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün hər kubmetrə 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün isə 30 qəpik tətbiq olunur.

O, elektrik enerjisi tariflərinin də iqlim fərqlərinə baxmayaraq ölkə üzrə eyni olduğunu qeyd edib.

“Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik”, – deyə komitə sədri vurğulayıb.