• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.8° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Kondisioner infarkt yaradır? – Belə istifadə edin

13 İyun, 26 / 23:55
A A

Yay ayının gəlişi və havaların kəskin qızması ilə bərabər kondisionerlərdən istifadə dövrü başlayıb. Lakin mütəxəssislər istidən qorunmaq üçün daxil olduğumuz kondisionerli mühitlərin insan sağlamlığı, xüsusilə də ürək-damar sistemi üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.

Cagdas.az xəbər verir ki, Daxili Xəstəliklər üzrə mütəxəssis prof. dr. Osman Erkinin verdiyi məlumata görə, yay fəslində qarşılaşdığımız ən böyük sağlamlıq problemlərindən biri məhz infarktdır. Ekspert bildirib ki, bu vəziyyət təkcə artan bədən temperaturu ilə deyil, həm də temperaturun qəfil dəyişməsi ilə birbaşa bağlıdır.

Qəfil temperatur dəyişiklikləri qan damarlarının sürətlə daralmasına səbəb olur və ürəyin üzərinə əlavə funksional yük mindirir. Bu xüsusiyyət xroniki ürək-damar xəstəliyi olan şəxslərdə birbaşa infarkt riskin artırır. Bu səbəbdən çox isti mühitdən qəfil çox soyuq mühitə keçmək yolverilməzdir. Xüsusilə tərləmiş halda kondisionerin qarşısında əyləşmək və kondisioner açıq vəziyyətdə yatmaq qətiyyən tövsiyə olunmur.

Mütəxəssislər qəfil temperatur dəyişikliyi zamanı aşağıdakı simptomlar yaranarsa, vaxt itirmədən xəstəxanaya müraciət etməyi tapşırıblar:

Döş qəfəsində ağrı
Təzyiqin qəfil düşməsi və ya yüksəlməsi
Nəfəs darlığı
Huşunu itirmə hissi (başgicəllənmə)

Kondisionerlərin yaratdığı tək təhlükə ürəklə məhdudlaşmır. Cihazın sistemində yığılan bakteriyalar, göbələklər, polen və toksinlər daxili mühitin havasını ciddi şəkildə çirkləndirir. Bu çirklənmə isə ürək, təzyiq və şəkər xəstələri üçün xüsusilə risklidir. Kondisionerlərin çirkli filtrlərində çoxalan və “Legionella pneumophila” adlanan bakteriyanın tənəffüs edilməsi, “Legioner xəstəliyi” kimi tanınan və ölümcül ola bilən ciddi bir ağciyər infeksiyasına yol açır. Bunun qarşısını almaq üçün kondisioner filtrləri mütəmadi olaraq təmizlənməli və dəyişdirilməlidir.

Kondisionerdən istifadə edərkən nələrə diqqət etməli?

Xarici mühitlə daxili məkan arasındakı temperatur fərqi 5-6°C-dən çox olmamalıdır. Kondisioneri ideal olaraq 24-26°C dərəcəyə tənzimləyin. Küçədən evə gələn kimi dərhal kondisioneri yüksək güclə yandırıb qarşısında durmaq infarkt riskini maksimuma çatdırır. Əsas məqsəd soyuq deyil, sadəcə sərin mühit yaratmaqdır. Əgər daxil olduğunuz mühit həddindən artıq soyuqdursa, dərəcəni qaldırın və ya pəncərəni açaraq havanı bir qədər yumşaldın.

Soyuq havanın birbaşa döş qəfəsinizə vurmamasına diqqət yetirin. Gecə boyu kondisioneri işlətməkdənsə, pəncərəni açıq qoyub yatmaq daha sağlam bir üsuldur. Bədənin istilik balansını qorumaq və damarları dəstəkləmək üçün gün ərzində 9-10 stəkan su və mineral itkisini bərpa etmək üçün 1 şüşə təbii mineral su (soda) içilməlidir.

Ekspertlər yay aylarında digər geniş yayılan xəstəliklərə də toxunublar. Qidaların tez xarab olması səbəbindən qida zəhərlənmələri və çirkli içməli sular sağlamlığa ciddi zərbə vurur.Həmçinin hovuz suları vasitəsilə hepatit, amibli dizanteriya, paratifo, göz, qulaq, burun və genital göbələk infeksiyalarının yoluxma riski yüksəkdir. Deniz suyu duzlu olduğu üçün daha təhlükəsiz hesab edilir. Hepatit A pevəndi olmayan şəxslərin gigiyenik qaydalara əməl olunmayan hovuzlardan uzaq durması, hovuza girməzdən əvvəl mütləq duş qəbul edilməsi, bone və qoruyucu eynəklərdən istifadə olunması vacibdir.

Günəş şüaları D vitamininin ən güclü mənbəyi olsa da, qızmar günəş altında uzun müddət qalmaq həyati təhlükə yaradan günvurmalara səbəb ola bilər. Yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar bu mövzuda ən riskli qrupdadırlar. Günvurma özünü yüksək qızdırma, təzyiqin düşməsi, şiddətli baş ağrısı, ürəkbulanma və huşun itirilməsi ilə büruzə verir.(sfera.az)

Bənzər Xəbərlər

Maraqlı

Bu əlaməti görsəniz, çiyələk almayın – RİSKLƏR

İyun 13, 2026
Maraqlı

Ən çox yalan danışan 3 bürc – Onlardan uzaq durun

İyun 13, 2026
Maraqlı

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

İyun 13, 2026
Maraqlı

Həftə sonu bürcləri nə gözləyir? -Hansı bürclər xoş xəbər alacaq?

İyun 12, 2026
Maraqlı

Pul əllərinizə gələcək: maliyyə baxımından şanslı olacaq BÜRCLƏR

İyun 12, 2026
Maraqlı

Ürəyiniz bu qidaları istəyirsə, orqanizminiz sizə siqnal verir

İyun 11, 2026

XƏBƏR LENTİ

Kondisioner infarkt yaradır? – Belə istifadə edin

13 İyun, 26 / 23:55

Bu əlaməti görsəniz, çiyələk almayın – RİSKLƏR

13 İyun, 26 / 23:36

Ən çox yalan danışan 3 bürc – Onlardan uzaq durun

13 İyun, 26 / 23:21

19 min işçisini ixtisar edəcək

13 İyun, 26 / 22:48

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

13 İyun, 26 / 22:27

Qiyməti 2 manatdır, amma 8 manata satılır… – Bakıda “gül kimi” söhbət

13 İyun, 26 / 21:50

Prezident “artmır” dedi, Ağdaşda hazırlıq başladı: Ölkə üçün mühüm tapşırıq

13 İyun, 26 / 19:49

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

13 İyun, 26 / 19:32

Kəndlərlə bağlı möhtəşəm plan: 3 istiqamətdə yenilik olcaq – Proses sürətləndirilir

13 İyun, 26 / 19:16

Əli Əsədov Ünal Üstellə görüşdü

13 İyun, 26 / 18:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.