Son dəqiqə
Oqtay Gözəlov Təcili Tibbi Yardım Mərkəzinə direktor təyin olundu Korrupsiyanı ifşa edənlərə maaşının 25 mislinədək mükafat alacaq Korrupsiyanı xəbər verənlərin kimliyi gizli saxlanılacaq Bu hallarda birbaşa prokurorluğa müraciət etmək olacaq Minimum əmək haqqı 450 manat ola bilər Bu hallarda işçinin işdən çıxarılması qadağan ediləcək Korrupsiya barədə məlumat verənlərə pul mükafatı ödəniləcək Korrupsiyanı xəbər verdiyinə görə zərər çəkənlərə 20 min manatadək müavinət veriləcək Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi
Reklam
Reklam

Korrupsiya barədə məlumat verənlərə pul mükafatı ödəniləcək

Cəmiyyət

Azərbaycanda korrupsiya barədə verdiyi məlumat təsdiqlənən şəxslərə pul mükafatı ödənilməsi nəzərdə tutulur.

Cagds.az xəbər verir ki, bu müddəa Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan yeni qanun layihəsində əksini tapıb.

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə əsasən, məlumat təsdiqləndikdə təşkilat rəhbərinin qərarı ilə həmin təşkilatın büdcəsi hesabına maddi mükafat ödəniləcək.

Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməyəcək. Məbləğ müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın pozuntunun aşkarlanmasındakı əhəmiyyəti, vurulan zərər və bərpa edilən aktivlər nəzərə alınacaq.

Ödəniş məlumatın təsdiqləndiyi barədə şəxsə xəbər verildiyi tarixdən 10 iş günü ərzində həyata keçirilməlidir.

Layihədə cinayət işləri üzrə ayrıca ödəniş mexanizmi də nəzərdə tutulur. Müəyyən edilmiş şərtlərlə xüsusi müsadirədən əldə olunan vəsaitin, dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödəniləcək. Xüsusi müsadirədən əldə olunan vəsait üzrə müvafiq xərclər əvvəlcə çıxılacaq.\modern.az