Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 15-də rəsmi səfərlə Kiyevə gəlib.
Cagdas.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Fon der Leyen bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından bəri onun Kiyevə 11-ci səfəridir.
“Bu, xüsusi bir məqamdır. Ukrayna hərbi baxımdan güclü impuls qazanıb. Vəziyyəti daha yaxşı istiqamətdə dəyişir”, – deyə Avropa Komissiyasının sədri qeyd edib.
Səfər çərçivəsində Leyen Ukrayna ilə Avropa İttifaqının müdafiə sənayesinin inteqrasiyasına dair yeni təşəbbüsləri təqdim etməyi planlaşdırır. Tərəflər silah istehsalının birgə genişləndirilməsi və hərbi tədarükün sürətləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Görüşlər zamanı Ukraynanın Avropa İttifaqına üzvlük prosesi, eləcə də ölkənin qarşıdan gələn qış mövsümünə hazırlığı da gündəmdə olacaq.
Qeyd edək ki, Kiyevə Ursula fon der Leyenlə yanaşı, Rumıniya rəhbəri Nikuşor Dan, Moldova Prezidenti Maya Sandu və Serbiya lideri Aleksandar Vuçiç də səfər ediblər./KONKRET.az
















