Son dəqiqə
Korrupsiyanı xəbər verdiyinə görə zərər çəkənlərə 20 min manatadək müavinət veriləcək Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi Yeni qanun nəyi dəyişəcək? – 8 VACİB MƏQAM Sosial müavinətlə bağlı yeni xəbər – 179 min nəfər… “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb Prezidentin Mətbuat Xidməti açıqlama yayıb Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir? YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar AVTOBUSLARIN PULUNU DÖVLƏT ÖDƏYƏCƏK… – Sərnişindaşımada yeni mərhələ başlayır
Reklam
Reklam

Mikayıl Cabbarov: “Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var”

İqtisadiyyat

Azərbaycanla ABŞ arasında əməkdaşlıqda kritik minerallar sahəsində çox güclü potensial var.

Çağdaş.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu potensial təkcə bu gün Azərbaycanda artıq hasil edilən kritik minerallarla məhdudlaşmır, həm də birgə yeni kəşfiyyatların aparılmasını, növbəti mərhələ olan emal müəssisələrinə diqqət yetirilməsini və təcrübə mübadiləsini əhatə edir: “Hesab edirəm ki, bu sahədə əməkdaşlığın gücləndirilməsindən qarşılıqlı olaraq qazanacağımız çox şey var”.

Nazirin sözlərinə görə, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda regional əlaqəlilik sahəsi mühüm əhəmiyyət kəsb edir: “Buraya ticarət və tranzit də daxildir. Orta Dəhliz mövzusu və xətti burada təbii olaraq ön plana çıxır. Bu mövzu təkcə ənənəvi nəqliyyat infrastrukturundan istifadəni deyil, həm də energetika sahəsi daxil olmaqla, daha geniş sahələri əhatə edir”.