Son dəqiqə
Korrupsiyanı xəbər verdiyinə görə zərər çəkənlərə 20 min manatadək müavinət veriləcək Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi Yeni qanun nəyi dəyişəcək? – 8 VACİB MƏQAM Sosial müavinətlə bağlı yeni xəbər – 179 min nəfər… “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb Prezidentin Mətbuat Xidməti açıqlama yayıb Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir? YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar AVTOBUSLARIN PULUNU DÖVLƏT ÖDƏYƏCƏK… – Sərnişindaşımada yeni mərhələ başlayır
Reklam
Reklam

Mikayıl Cabbarov: “Azərbaycanın energetika sahəsindəki uğuru digər regionlara töhfə verir”

İqtisadiyyat

Azərbaycanın energetika sahəsindəki uğurları təkcə onun iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də bölgənin coğrafi hüdudlarından kənara çıxan daha geniş regiona töhfə verir.

Çağdaş.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

“ABŞ-dən olan, bu sahədə ixtisaslaşmış özəl sektor şirkətləri ilə əməkdaşlıq etməyi, onların bilik və təcrübələrindən, eləcə də mövcud alətlərdən yararlanmağı səbirsizliklə gözləyirik. Bu alətlər Prezident Tramp administrasiyasının ortaya qoyduğu baxış sayəsində mümkün olub. Onlar kritik faydalı qazıntıların hasilatının inkişafı sahəsini öz administrasiyaları dövründə ən mühüm və yüksək prioritetlərdən biri kimi müəyyən ediblər. Bizim üçün bu dialoq Azərbaycan və ABŞ arasında strateji iqtisadi tərəfdaşlığın gücləndirilməsində mühüm bir addım olub. Bizim energetika sahəsində çox yaxşı və uğurlu nümunəmiz var. Bu, hazırda yalnız Azərbaycanın iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də yaşadığımız regionun coğrafi hüdudlarından kənara çıxan daha geniş bir regiona töhfə verir”, – o vurğulayıb.