Son dəqiqə

Milli Qəhrəmanın anası VƏFAT ETDİ

Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası vəfat edib

Cagdas.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında vəfat edib.

Məlumata görə, Ş. Həmidova uzun müddət ürək xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Ordusunun zabiti olaraq 2020-ci ilin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Allah rəhmət eləsin.