Bazar ertəsi axşamından çərşənbə axşamı saat 05:00-a qədər Moskva istiqamətində 620 pilotsuz uçuş aparatı (PUA) uçub.
Cagdas.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, onlardan 180-i Moskva vilayətində məhv edilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə PUA-lardan birinin Moskvaətrafı vilayətin Boqorodsk dairəsində yerləşən “Atlant-Park” ərazisində “Wildberries” şirkətinin anbarına düşdüyünü bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində anbarda yanğın baş verib. Yanğın lokallaşdırılıb.
Qubernator hücum nəticəsində Moskva vilayətində üç nəfərin, o cümlədən 10 yaşlı uşağın xəsarət aldığını açıqlayıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox PUA-nın məhv edildiyini bildirib.
Rusiya rəsmilərinin sözlərinə görə, son 2 ildə Moskvaya belə kütləvi PUA hücumu olmamışdı.(modern.az)















