• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.1° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Müjdəli xəbər rəsmən TƏSDİQLƏNDİ: Təyyarə biletləri ucuzlaşır, otel tikənlərə pul verilir!

25 Avqust, 26 / 10:08
A A

​Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilən turizm sektorunun davamlı inkişafını təmin etmək, milli brendləri beynəlxalq bazarlarda möhkəmləndirmək və ölkəyə xarici valyuta axınını artırmaq məqsədilə cənab Prezident tərəfindən “2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Strateji xarakter daşıyan sənəd yaxın 5 il ərzində sahənin institusional, nəqliyyat və infrastruktur baxımından köklü şəkildə yenilənməsini, eləcə də özəl sektor üçün yeni dəstək mexanizmlərinin tətbiqini hədəfləyir.

Çağdaş.Az-ın xəbərinə görə, məsələnin əhəmiyyətini və gözlənilən yenilikləri “Referans Media”ya şərh edən turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni təsdiqlənən Dövlət Proqramı ölkənin turizm potensialının tam reallaşdırılması üçün hərtərəfli və sistemli fəaliyyət planını özündə birləşdirir.

​İnvestisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa dəstək

​Ekspertin sözlərinə görə, Proqramda ilk növbədə özəl sektorun fəallığının artırılmasına və işgüzar mühitin daha da əlverişli edilməsinə xüsusi diqqət ayrılıb:

​”Sənəddə xüsusilə investisiyaların təşviqi, sahalərarası koordinasiyanın gücləndirilməsi və əlverişli sahibkarlıq mühitinin formalaşdırılması ön plana çəkilib. Turizm sektoru birbaşa xidmət sahəsi olduğu üçün burada investorların marağının saxlanılması və yeni biznes imkanlarının yaradılması həlledici rol oynayır.”

​Uçuş geografiyasının genişlənməsi və region aeroportlarının canlanması

​Ceyhun Aşurov xüsusilə vurğulayıb ki, Proqramın ən kritik və innovativ bəndlərindən biri nəqliyyat əlçatanlığının təmin edilməsi və aviasiya sahəsinə subsidiyaların tətbiqidir:

“Ən əsas məsələlərdən biri müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlarının sayının kəskin artırılmasıdır. Bu mexanizmin tam gücü ilə işləməsi üçün dövlət tərəfindən aviasiya daşımalarına subsidiyaların tətbiq olunması nəzərdən keçirilir.

​Əgər bu subsidiyalar reallaşarsa, bu, birbaşa regional hava limanlarımızın (Qəbələ, Füzuli, Zəngilan, Gəncə və s.) daha səmərəli və tam gücü ilə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Nəticədə xarici turistlər paytaxta daxil olmadan birbaşa regionlara səyahət edə biləcəklər ki, bu da regional turizm bazarını ciddi şəkildə canlandıracaq.”

​Tur-operatorlar, otellər və MICE turizmi üçün yeni teşviq mexanizmləri

​Dövlət Proqramında həmçinin turizm zəncirinin bütün iştirakçılarını stimullaşdıran konkret maliyyə mexanizmlərinin yer aldığını bildirən ekspert qeyd edib:

“Bununla yanaşı, ölkəyə birbaşa əcnəbi turist gətirən yerli tur-operatorlara gətirdikləri turist sayına mütənasib olaraq subsidiyaların verilməsi planlaşdırılır. Eyni zamanda, yerləşdirmə infrastrukturu üzrə – yəni yeni otel və mehmanxana tipli obyektlərin tikintisinə sərmayə qoyan investorlara müxtəlif güzəşt və subsidiyalar nəzərdə tutulur.

​Digər mühüm addım isə beynəlxalq tədbirlərin, konfransların və festivalların (MICE turizmi) təşkilində çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsidir. Bu mexanizm Azərbaycanı regionun əsas biznes və tədbir mərkəzlərindən birinə çevirməyə hesablanıb.”

​2030-cu il hədəfi: 4 milyon turist

​Görüləcək işlərin mərhələli şəkildə icra olunacağını bildirən Ceyhun Aşurov, yaxın illərdə gözlənilən nəticələri belə yekunlaşdırıb:

​”Bütün bu kompleks tədbirlər ardıcıl və dürüst şəkildə həyata keçirilərsə, biz bu müsbət dəyişikliklərin ilk real bəhrələrini tədricən gələn ildən etibarən hiss etməyə başlayacağıq. Tətbiq edilən stimullaşdırıcı mexanizmlər Proqramda qarşıya qoyulan əsas hədəfə – 2030-cu ilə qədər Azərbaycana gələn xarici turistlərin illik sayını təxminən 4 milyon nəfərə çatdırmaq məqsədinə güclü təkan verəcəkdir.”

Bənzər Xəbərlər

Cəmiyyət

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

Avqust 25, 2026
İqtisadiyyat

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər - AÇIQLAMA

Avqust 25, 2026
İqtisadiyyat

Əhaliyə ŞAD XƏBƏR: Pensiya və maaşların artacağı TARİX açıqlandı!

Avqust 25, 2026
İqtisadiyyat

“Brent” ucuzlaşdı

Avqust 24, 2026
İqtisadiyyat

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Avqust 24, 2026

XƏBƏR LENTİ

Ağdamda iş adamları həbs edildi

25 Avqust, 26 / 13:52

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

25 Avqust, 26 / 13:39

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

25 Avqust, 26 / 13:24

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

25 Avqust, 26 / 13:09

Türkiyə iqtisadiyyatından rekord nəticə: İyul ixracı zirvəyə yüksəldi

25 Avqust, 26 / 12:54

Şəhid anası tələbə adını qazandı

25 Avqust, 26 / 12:39

Bu şəhərdə 1 avroya evlər satılır - FOTOLAR

25 Avqust, 26 / 12:24

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

25 Avqust, 26 / 12:09

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

25 Avqust, 26 / 11:53

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

25 Avqust, 26 / 11:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.