Beynəlxalq bazarlarda Brent neftinin bir bareli hazırda 99,52 dollar səviyyəsində satılır.
Çağdaş.Az xəbər verir ki, dünən 109,78 dollara qədər yüksələn Brent nefti günü 95,92 dollardan başa vurmuşdu. Bu gün saat 09:00-a olan məlumata görə isə qiymət bağlanışla müqayisədə 3,7% artaraq yenidən 99,52 dollara çatıb. Eyni vaxtda WTI neftinin bir bareli 91,21 dollardan təklif olunub.


