• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9622
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)

11 Avqust, 26 / 21:17
A A

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

Cagdas.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır.

Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “CEİ Naxçıvan” MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun ölkəmizdə icra etdiyi digər layihələr barədə də məlumat verildi.

Dövlətimizin başçısı və birinci xanım gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında görülən işlərlə də tanış oldular.

Diqqətə çatdırıldı ki, “Enerso” MMC tərəfindən stansiyanın inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

 

Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.

Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)

Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)

Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)

Bənzər Xəbərlər

Cəmiyyət

Tam Günəş tutulması hansı ölkələrdən izlənilə biləcək?

Avqust 11, 2026
Screenshot
Cəmiyyət

İmtahanda yüksək qiymət almağın əsas ŞƏRTİ

Avqust 11, 2026
Cəmiyyət

Mədəniyyət Nazirliyi 17 nəfəri xaricə oxumağa göndərir

Avqust 11, 2026
Cəmiyyət

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər – VİDEO

Avqust 11, 2026
Cəmiyyət

Naxçıvan DOST Mərkəzinin açılışı oldu – VİDEO

Avqust 11, 2026
Cəmiyyət

Dövlət başçısı Naxçıvanda elektrik mühərrikli avtobuslara baxıb

Avqust 11, 2026

XƏBƏR LENTİ

Tam Günəş tutulması hansı ölkələrdən izlənilə biləcək?

11 Avqust, 26 / 22:33

Yer kürə şəklində deyil, düzdür – ŞOK İDDİA

11 Avqust, 26 / 22:18
Screenshot

İmtahanda yüksək qiymət almağın əsas ŞƏRTİ

11 Avqust, 26 / 21:54

Mədəniyyət Nazirliyi 17 nəfəri xaricə oxumağa göndərir

11 Avqust, 26 / 21:40

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər – VİDEO

11 Avqust, 26 / 21:30

Naxçıvan DOST Mərkəzinin açılışı oldu – VİDEO

11 Avqust, 26 / 21:26

Dövlət başçısı Naxçıvanda elektrik mühərrikli avtobuslara baxıb

11 Avqust, 26 / 21:19

Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu (FOTOLAR)

11 Avqust, 26 / 21:17

Pul kisələri dolacaq: Bu bürclər maddi sıxıntıdan çıxacaq

11 Avqust, 26 / 21:06

Bakının bu rayonlarında qaz olmayacaq

11 Avqust, 26 / 21:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.