Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək

Cəmiyyət

2027-ci ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda muzdlu işdən gəlir vergisi dərəcəsinin 3 faizdən 5 faizə artırılması büdcə hesablamalarında nəzərə alınıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

Sənədə əsasən, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə 3 milyard 70 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 690,7 milyon manat və ya 29 faiz çoxdur.

Həmin vəsaitin 2 milyard 758,3 milyon manatının əməkhaqqından tutulan gəlir vergisinin, 311,7 milyon manatının isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşəcəyi gözlənilir.

Artımın səbəbləri sırasında vergi dərəcəsinin yüksəlməsi ilə yanaşı, orta əməkhaqqının artması və büdcə təşkilatlarında aparılan əməkhaqqı islahatları da göstərilib.