Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Polietilen torbaların qiyməti niyə artırıldı?

İqtisadiyyat

Azərbaycanda marketlərdə alıcılara təqdim olunan polietilen torbaların 2023-cü il fevralın 15-dən etibarən pullu olması tətbiq edilib. Bu addımın əsas məqsədi plastik torba tullantılarının ətraf mühitə zərərini azaltmaq və onların istifadəsini minimuma endirməkdir.

Cagdas.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, torbalar ödənişsiz olduğu dövrdə ölkədə 12 630 ton polietilen kisə və çanta istehsal olunurdu. 2024-cü ildə bu rəqəm 14 245 tona qədər artsa da, 2025-ci ildə 11 608 tona düşüb.

Son günlərdə həmin torbaların qiymətində artım qeydə alınır: kiçik ölçülü torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, iri ölçülülərin isə 5 qəpikdən 7 qəpiyə qaldırılıb.

Bu dəyişiklik 15-50 mikron qalınlığında olan torbalara şamil edilir. Qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı, idxalı və satış obyektlərində müştərilərə verilməsi isə tam qadağan olunub./Milli.Az /