Son dəqiqə

Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı – VİDEO

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor xahiş etmişdi.

Çağdaş.Az AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.

Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.