“Azərbaycandan Ermənistana göndərilən neft və qaz məhsulları Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir”.
Cagdas.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də geniş vüsət alıb: “Biz çox tarixi dövr yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Bu sahədə Almaniya hökumətinin rolunu yüksək qiymətləndiririk”.
















