• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.1° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

21 İyun, 26 / 16:23
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.

Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət etdi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.

O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.

Qonaq Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrildiyini dedi. O, həmçinin vurğuladı ki, Azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini dedi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı öz növbəsində Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə İordaniyanın da uğurla inkişaf etdiyini dedi.

Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim dəstəklədiyini qeyd etdi.

Görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

Manşet

İlham Əliyev İordaniya Kralını Azərbaycana dəvət etdi

İyun 21, 2026
İqtisadiyyat

İlham Əliyev hədəfi açıqladı – yükdaşımadan gəlirlər ikiqat artacaq

 

İyun 21, 2026
Cəmiyyət

İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi

İyun 19, 2026
Cəmiyyət

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

İyun 19, 2026
Cəmiyyət

İlham Əliyev Qanunu imzaladı

İyun 19, 2026
Cəmiyyət

Sabah Azərbaycanda rekord isti gözlənilir – PROQNOZ

İyun 19, 2026

XƏBƏR LENTİ

Yağış yağacaq, güclü külək əsəcək – Sabahın havası

21 İyun, 26 / 17:31

İsveçrəyə uçan İran təyyarəsində diqqətçəkən detal – FOTO

21 İyun, 26 / 17:16

İlham Əliyev İordaniya Kralını Azərbaycana dəvət etdi

21 İyun, 26 / 16:59

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb

21 İyun, 26 / 16:42

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

21 İyun, 26 / 16:23

Bakı bunun əvəzində Köçəryan və Sərkisyanı alır? – İnanılmaz HƏMLƏ

 

21 İyun, 26 / 16:04

ABŞ İrana məxsus milyardlarla dolları geri verir – Qarşılığında nə alacaq?

 

21 İyun, 26 / 15:46

Polşa ilə qalmaqal: ukraynalı nazirdən gözlənilməz ÇIXIŞ

21 İyun, 26 / 15:22

Ebolaya yoluxanların sayı 950-ni keçdi

21 İyun, 26 / 15:03

Kiyevdə LGBT gərginliyi: onlarla şəxs şəhərin mərkəzinə toplaşdı

21 İyun, 26 / 14:46
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.