Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub.
Çağdaş.Az xəbər verir ki, paylaşımda qeyd olunur:
Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, – inanıram ki, daha lazım olmayacaq, – amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq.
















