Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qəbul imtahanlarının vaxtı dəyişdirilir? – RƏSMİ CAVAB

Cəmiyyət

Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.

Cagdas.az  xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:

“İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədris ilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyi iddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında gərginliyə səbəb olub./Milli.Az/