Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qida sahəsində 33 yeni dövlət standartı qəbul oluna bilər

Cəmiyyət

Azərbaycanda qida sahəsində 33 yeni dövlət standartı qəbul oluna bilər

Azərbaycanda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. sahələrə aid 33 dövlət standartının layihəsi müzakirə edilib.

Cagdas.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir.

Məlumata görə, İnstitutun təsis etdiyi “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib. İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun, Azad İstehlakçılar Birliyinin və “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

İclasda həmçinin dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb. Eyni zamanda 4 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.

İclasda həmçinin AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub, komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.