Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Qubada yolun asfalt örtüyü çökdü – FOTO

Cəmiyyət

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Cagdas.az  xəbər verir ki, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun həmin hissəsində yaranan çökmə səbəbindən nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb. Sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müvafiq tədbirlər görülür.

Məlumata görə, marşrut boyunca ümumilikdə 7 müxtəlif nöqtədə çökmə qeydə alınıb. Bu isə yolun texniki vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərir.

Aidiyyəti qurumlar tərəfindən ərazidə vəziyyətin araşdırıldığı və bərpa işlərinin aparılacağı gözlənilir.(modern.az)