• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rusiya mediası İlham Əliyevin Özbəkistan səfərini geniş işıqlandırır

24 Avqust, 26 / 12:29
A A

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Rusiya media məkanında geniş işıqlandırılır. Rusiya nəşrlərinin diqqət mərkəzində iki ölkə liderlərinin danışıqları, Əbədi dostluq haqqında Müqavilənin imzalanması, iqtisadi-ticari və nəqliyyat əməkdaşlığının inkişafı, həmçinin Bakı və Daşkəndin yeni birgə layihələri dayanır.

Cagdas.az xəbər verir ki, TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanmasına xüsusi diqqət ayırır. Nəşr qeyd edir ki, dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla, bir sıra digər sənədlər də imzalayıblar.

“İnterfaks” agentliyi danışıqların nəticələri və Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası barədə ətraflı məlumat yayıb. Nəşrin məlumatlarında qeyd olunur ki, tərəflər strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək, sənaye kooperasiyasını genişləndirmək və birgə investisiya şirkətinin imkanlarından daha fəal istifadə etmək niyyətindədirlər.

“İnterfaks” nəqliyyat əməkdaşlığına ayrıca diqqət yetirir. Agentlik Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Daşkəndin Xəzər dənizində vahid operatorun fəaliyyət göstərəcəyi ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında və Orta Dəhlizin inkişafı çərçivəsində birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsində maraqlı olması barədə açıqlamasını yayıb.

Rusiyanın “Vedomosti” nəşri Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyəyə çatdığını yazır. Nəşr son beş ildə qarşılıqlı ticarətin üç dəfə artmasına diqqət çəkir. Həmçinin energetika, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma sahələrində həyata keçirilən birgə layihələr, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planları qeyd olunur.

Rusiya media orqanları səfər çərçivəsində bank-maliyyə sektoru, neft-qaz sənayesi, təhsil, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində yeni birgə layihələrin fəaliyyətə başlaması barədə də məlumat yayıb.

Bir sıra nəşrlər Prezident İlham Əliyevin nəqliyyat marşrutlarının inkişafı ilə bağlı açıqlamalarına diqqət yetirir. Xüsusilə Rusiya mediası dövlət başçısının Azərbaycan ərazisində və Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizinin yaradılması istiqamətində görülən işlər, həmçinin Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi perspektivləri barədə fikirlərindən sitatlar gətirir.

Rusiya media orqanlarının materiallarında dövlət başçılarının qarşılıqlı təltifetmə mərasimi də öz əksini tapıb. Bildirilir ki, Prezident İlham Əliyev Özbəkistanın ali dövlət mükafatı olan yüksək dərəcəli “Oliy Darajali Dustlik” ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Rusiya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində Özbəkistanın xüsusi rolunu da qeyd edir. Media Prezident İlham Əliyevin Özbəkistanın Qarabağın bərpasına ilk dəstək verən ölkə olduğunu, 960 şagird yerlik məktəb tikdiyini və iri tikiş istehsalının yaradılmasına investisiya yatırdığını bildirən sözlərini dərc edirlər.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Prezidentlər və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Avqust 24, 2026
Cəmiyyət

Havalar yenidən qızır: Sabah 40 dərəcə isti olacaq

Avqust 24, 2026
Cəmiyyət

Taksi sürücülərinə imtahan keçiriləcək

Avqust 24, 2026
Cəmiyyət

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

Avqust 24, 2026
Cəmiyyət

Azərbaycanda 4 beynəlxalq şirkət vergi uçotuna alındı

Avqust 24, 2026
Cəmiyyət

Ermənistana 242 ton propan göndərildi

Avqust 24, 2026

XƏBƏR LENTİ

Prezidentlər və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

24 Avqust, 26 / 13:38

Havalar yenidən qızır: Sabah 40 dərəcə isti olacaq

24 Avqust, 26 / 13:25

Taksi sürücülərinə imtahan keçiriləcək

24 Avqust, 26 / 13:11

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

24 Avqust, 26 / 12:57

Azərbaycanda 4 beynəlxalq şirkət vergi uçotuna alındı

24 Avqust, 26 / 12:43

Rusiya mediası İlham Əliyevin Özbəkistan səfərini geniş işıqlandırır

24 Avqust, 26 / 12:29

Ermənistana 242 ton propan göndərildi

24 Avqust, 26 / 12:14

Prezident və xanımı Buxarada

24 Avqust, 26 / 12:00

Paşinyan Zəngəzur dəhlizinin keçəcəyi marşrutu AÇIQLADI

24 Avqust, 26 / 11:50

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

24 Avqust, 26 / 11:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.