Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Sabah 34 dərəcə isti olacaq

Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cagdas.az  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz isə 29-34° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 19-22°, gündüz 30-35°, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 16-20°, bəzi yerlərdə 23-28° isti olacaq.