• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.6° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Seçidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal

15 İyun, 26 / 15:46
A A

İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Görüş indiki məqamda çox mühümdür və diqqət çəkir.

Əvvəla, Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfər etməsi tarixi hadisədir. Müqayisə üçün deyim ki, bu günə qədər Ermənistana səfər edən ən yüksək səviyyəli Azərbaycan rəsmisi baş nazirin müavini Şahin Mustafayev idi. Bu mənada H.Hacıyevin səfəri həm də Bakı-İrəvan təmaslarının səviyyəsinin yüksəldiyini göstərir.

Mənə görə, səfər və görüş iki mühüm detal baxımından diqqət çəkir.

Birincisi, səfər Ermənistanda parlament seçkilərindən sonra baş tutdu. Rəsmi Bakı seçkiləri yaxından izləyirdi. Hətta deyə bilərəm ki, seçkilərin nəticəsi də bizim üçün məqbuldur.

Bakı bu addımla İrəvandakı seçkilərin nəticəsini tanıdığının mesajını verir. Düşünürəm ki, bu, bir müddətdir “Prezident İlham Əliyev niyə seçkilərdən sonra Ermənistanın baş nazirini təbrik etmədi?” suallarına da dolayı cavabdır.

İkincisi, görüşün Dilican şəhərində baş tutması diqqət çəkir. Belə ki, Ermənistanın Tavuş vilayətində yerləşən bu şəhər ölkənin ən sakit və mənzərəli bölgələrindən biri hesab olunur və tez-tez “Ermənistanın İsveçrəsi” adlandırılır. İrəvandan fərqli olaraq, Dilican siyasi mərkəz deyil və daha çox istirahət, turizm və beynəlxalq tədbirlərlə tanınır.

Müqayisə üçün deyim ki, son zamanlar rəsmi Bakı da mühüm və mötəbər qonaqları Qəbələdə qəbul edir. Bu mənada Qəbələ-Dilican paraleli aparmaq olar.

Dilican həm də Azərbaycan sərhədinə yaxındır. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin uğurla məhz bu regionda aparılması görüş yeri baxımından ərazini uyğun edir.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan danışıqları üç istiqamətdə aparılır:

1. Dövlət rəsmiləri səviyyəsində;

2. Delimitasiya və demarkasiya komissiyalarının görüşləri kontekstində;

3. Vətəndaş cəmiyyəti nümayəndələri arasında.

Üç istiqamət olsa da, məqsəd birdir. Bununla belə, hər üç istiqamət sülhün davamlılığı və qalıcılığı üçün mühümdür. Hikmət Hacıyev-Armen Qriqoryan danışıqlarında bu məqamlara toxunulması prosesin gedişatından tərəflərin məmnun qaldığını və inkişaf etdirilməsini arzuladıqlarını deməyə əsas verir.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər. Növbəti görüşün Azərbaycanda keçiriləcəyinin təsdiqlənməsi də müsbət hadisədir. Ümumiyyətlə, bu, tərəflər arasında qarşılıqlılıq prinsipinin formalaşdığını göstərir.

Prinsip etibarilə, Hikmət Hacıyevin Ermənistana səfərindən sonra Armen Qriqoryanın da Azərbaycana gəlməsi mümkündür. Ümumiyyətlə, hər hansı erməni rəsmisinin Azərbaycana gəlməsində problem yoxdur. Rəsmi Bakı istər təhlükəsizlik tədbirlərini, istərsə də diplomatik normaları qoruyur və onlara riayət edir.

İndiki məqamda Bakı ilə İrəvan arasında davamlı dialoq mexanizminin saxlanılması çox vacibdir. Xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi, delimitasiya və demarkasiya prosesinin davamı, liderlər səviyyəsində görüşlərin vaxtı və yerinin müəyyən edilməsi, eləcə də yekun sülh müqaviləsinin imzalanacağı vaxt və məkanın müəyyənləşdirilməsi baxımından bu davamlılıq zəruridir./globalinfo.az

 

Bənzər Xəbərlər

Manşet

Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində… – Prezident

İyun 15, 2026
Cəmiyyət

Azərbaycanın taleyini dəyişən 33 illik qərar: Dəhşətli plana Heydər Əliyev son qoydu

 

İyun 15, 2026
Siyasət

Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

İyun 15, 2026
Siyasət

Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb

İyun 15, 2026
Manşet

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İyun 15, 2026
Manşet

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

İyun 15, 2026

XƏBƏR LENTİ

Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq

15 İyun, 26 / 17:13

Bu ərazilərdə parklanma yerləri LƏĞV EDİLDİ

15 İyun, 26 / 16:58

Ərdoğanın yenidən prezidentliyə namizədliyi ilə bağlı AÇIQLAMA – Tarix də açıqlandı

15 İyun, 26 / 16:43

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ – SİYAHI

 

15 İyun, 26 / 16:28

2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

15 İyun, 26 / 16:14

Türkiyəni dəyişəcək proses başlayır: Üç gün keçiriləcək iclasda nələr qəbul ediləcək?

15 İyun, 26 / 16:00

Seçidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal

15 İyun, 26 / 15:46

Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində… – Prezident

15 İyun, 26 / 15:32

Mahsun Kırmızıgül Bakıda toyda oxudu – VİDEO

15 İyun, 26 / 15:18

Azərbaycanda çıxarışlı torpaqlara maraq artıb

15 İyun, 26 / 15:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.