Son dəqiqə
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Avropada təhlükəsizlik həyəcanı: Finlandiyada deputatların evlərinə müəmmalı basqınlar Krista Payk kimdir? Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar Güclü küləklə bağlı xəbərdarlı edildi Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ? Bakıda kazino əməliyyatı: 5 milyonluq şəbəkə ifşa olundu Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO 5 şagird məktəbdə zəhərləndi – Yenilənib Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi
Reklam
Reklam

Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO

Cəmiyyət

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mahmud Əhmədovun qızı Mələk Əhmədova 6 nömrəli tam orta məktəbdə məktəbəqədər hazırlıq kursuna başlayıb.

Bu gün Mələk üçün həyatının ən əlamətdar günlərindən biri olub. Balaca Mələk atasının şəhidliyindən üç ay sonra dünyaya gəlib və təəssüf ki, heç vaxt atasının üzünü görməyib.

Şəhid Mahmud Əhmədov Ağstafa rayonunda anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Laçın istiqamətində gedən döyüşlərdə 3 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.

Mahmud Əhmədovun iki qız övladı var. Böyük qızı Nur Əhmədova hazırda 6 nömrəli tam orta məktəbin V sinfində təhsil alır. Kiçik qızı Mələk isə bu gündən etibarən həmin məktəbdə məktəbəqədər hazırlıq kursunda təhsil almağa başlayıb.

Şəhid övladlarının təhsili və gələcəyi hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur. Mələk və Nurun da gələcəkdə yaxşı təhsil alaraq atalarının adına layiq övladlar kimi yetişməsi ən böyük arzularımızdandır.

Öndər TV olaraq balaca Mələk xanıma yeni başlayan təhsil həyatında uğurlar arzulayır, ona parlaq gələcək diləyirik.

Allah şəhid Mahmud Əhmədov başda olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.