• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.1° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

25 Avqust, 26 / 11:53
A A

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Çağdaş.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri

Sıra

№-si

Su obyekti Su obyektlərindən istifadənin xüsusi məqsədləri Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödəmələr

(manatla)

götürülən 1 m3suya görə axıdılan 1 m3tullantı suyuna görə İstifadə edilən 1 m2su akvatoriyasına görə

(gündəlik)

1. Xəzər dənizi (liman akvatoriyası istisna olmaqla) məişət   0,01  
sənaye 0,004 0,01  
energetika 0,00001    
kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə) 0,0001   0,0004
2. Çaylar və göllər içməli su və məişət 0,01 0,01  
sənaye 0,04 0,04  
kənd və meşə təsərrüfatı 0,001    
energetika 0,00001    
kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə) 0,0001   0,0005
balıqçılıq, o cümlədən akvakultura 0,0001   0,0004
3. Yeraltı sular içməli su və məişət 0,1    
müalicə, kurort və sağlamlaşdırma 0,3    
sənaye 0,4    
balıqçılıq, o cümlədən akvakultura 0,0002    

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.

Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə biləcəklər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etməyəcək./Trend/

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

Avqust 25, 2026
Cəmiyyət

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

Avqust 25, 2026
Cəmiyyət

Şəhid anası tələbə adını qazandı

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

Avqust 25, 2026
İqtisadiyyat

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Avqust 25, 2026
Cəmiyyət

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Avqust 25, 2026

XƏBƏR LENTİ

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

25 Avqust, 26 / 14:07

Ağdamda iş adamları həbs edildi

25 Avqust, 26 / 13:52

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

25 Avqust, 26 / 13:39

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

25 Avqust, 26 / 13:24

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

25 Avqust, 26 / 13:09

Türkiyə iqtisadiyyatından rekord nəticə: İyul ixracı zirvəyə yüksəldi

25 Avqust, 26 / 12:54

Şəhid anası tələbə adını qazandı

25 Avqust, 26 / 12:39

Bu şəhərdə 1 avroya evlər satılır - FOTOLAR

25 Avqust, 26 / 12:24

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

25 Avqust, 26 / 12:09

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

25 Avqust, 26 / 11:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.