Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Sərhədi keçən azərbaycanlı çoban geri qaytarılacaq

Cəmiyyət

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan Respublikasının sərhədini keçdiyini təsdiqləyib.

Cagdas.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb:

“19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50 radələrində, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) aşkar edilib.

Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının itkin düşdüyü üçün Ermənistan Respublikası ərazisində qaldığı məlum olub”.

Həmçinin, əlavə olunub ki, Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür.\metbuat.az\