Son dəqiqə

Şərurda qanlı gecə – Ata, ana və azyaşlı uşaq öldü / FOTO

Hadisə

Şərur rayonunda bir ailənin faciəsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Çağdaş.Az-ın Referans MEDİA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Şərur rayonu ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı minik avtomobili “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107” avtomobilində olan eyni ailənin üç üzvü – ata, ana və azyaşlı övladı hadisə yerində həyatını itirib. Digər azyaşlı uşaq, eləcə də “Hyundai” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, həlak olan “VAZ-2107” markalı avtomobilin sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olub.

Faktla bağlı araşdırma aparılır.