Son dəqiqə
Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib Pensiya hesablanması dəyişir – Kim nə qədər alacaq?
Reklam
Reklam

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Cəmiyyət

Son illər elektrikli skuterlərin istifadəsi  genişlənib. Artıq bu vasitələr şəhərdaxili hərəkətdə daha çox istifadə olunan nəqliyyat vasitələrindən birinə çevrilib. Xüsusilə qısa məsafələr üçün rahat və alternativ nəqliyyat vasitəsi kimi seçilən skuterlərin sayının artması onların təhlükəsizliyi ilə yanaşı, qəza zamanı məsuliyyət və sığorta məsələlərini də gündəmə gətirir.

Ancaq istifadəçilərə maraqlı olan məsələlərdən biri də elektrikli skuterlə qəza baş verdikdə dəymiş zərərin ödənilməsinin necə tənzimlənməsidir?

Skuter istifadəçisi və ya qəza nəticəsində zərərçəkən şəxs hər hansı sığorta təminatından yararlana bilərmi? Elektrikli skuterlər avtomobil və motosikletlər kimi icbari sığortaya cəlb olunurmu?

Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media bu suallarla əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanlayıb.

Assosiasiyanın ekspert qrupunun üzvü Emil Ağabağırov suallarımıza  cavab olaraq bildirib ki, hazırda, elektroskuterlər icbari sığortaya daxil deyil.

“Çünki onların dövlət qeydiyyat nişanları, texniki şəhadətnamələri yoxdur. Buna görə də bu vasitələr hələki sığortaya cəlb oluna bilməzlər. Ancaq bu məsələyə gələcəkdə baxıla, tədbir görülə bilər”.

Bəs skuter istifadəçisi və ya qəza nəticəsində zərərçəkən şəxs  sığortadan yararlana bilər?

“Hər hansı bir sığorta şirkəti könüllü olaraq skuterlərin istismarı zamanı ordakı xəsarət alan şəxslər olarsa, bununla bağlı bir kompensasiya verə bilər. Amma  icbari olaraq belə bir sığorda hazırda tətbiq edilmir”, – deyə ekspert vurğulayıb.