Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

SON DƏQİQƏ: Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

İqtisadiyyat

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.

Cagdas.az bildirir ki, bu barədə Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika mövcud deyil.

Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.

“Bəzi şirkətlər tərəfindən xeyriyyə aksiyalarının keçirilməsi mümkündür. Adətən Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan digər insanlara könüllü şəkildə dəstək göstərilir. Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik nəzərdə tutulmayıb,” – deyə Natiq Cəfərli qeyd edib.