Son dəqiqə
Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
Reklam
Reklam

SON DƏQİQƏ: Bu halda Ermənistan müharibəyə başlayacaq…

Cəmiyyət

Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili siyasi mübarizə kimi deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasına təsir edə biləcək mühüm proses kimi qiymətləndirilir. Xüsusilə, Rusiyaya yaxınlığı ilə tanınan sabiq prezident Robert Köçəryanın revanşist bəyanatları və Moskva yönümlü siyasəti açıq şəkildə müdafiə etməsi diqqət çəkir. Bəs Köçəryanın mümkün qayıdışı regionda sülh prosesinə və Ermənistan–Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanda 7 iyunda keçiriləcək seçkilər ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Ermənistan cəmiyyəti bu seçkilərdə faktiki olaraq sülh və ya müharibə arasında seçim etməli olacaq.
Ermənistan cəmiyyəti öz gələcəyi ilə bağlı qərar verməlidir. Seçkilərdə ya revanşist qüvvələrə və Rusiyanın “5-ci kolon”u hesab olunan şəxslərə səs veriləcək, ya da hazırkı hakimiyyətin Qərbyönlü siyasəti dəstəklənərək ölkənin nisbi müstəqillik kursu üstün tutulacaq. Seçkiöncəsi proseslər Ermənistanda kifayət qədər gərgin atmosferdə keçir və Rusiyanın bu proseslərdə ciddi maraqları müşahidə olunur.

Moskvanın əsas məqsədi mümkün olarsa, Nikol Paşinyanı seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq və özünə yaxın qüvvələri hakimiyyətə gətirməkdir. Rusiyanın dəstəklədiyi şəxslər arasında Robert Köçəryan xüsusi seçilir. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri şübhə doğurmur”.
Ekspert vurğulayıb ki, Köçəryanın səsləndirdiyi fikirlər hazırda daha çox seçki təbliğatı xarakteri daşısa da, Ermənistan cəmiyyətinin bu çağırışlara necə reaksiya verəcəyi gələcək proseslərə ciddi təsir göstərəcək:

“Əgər erməni cəmiyyəti doğrudan da revanşist qüvvələrə səs verərsə, bu, müharibəni istəməsi anlamına gələcək. Azərbaycan Ermənistanda baş verən prosesləri çox diqqətlə izləyir”.
Oqtay Qasımov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət əvvəl Cəbrayıl və Zəngilanda etdiyi çıxışlarında Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalına münasibət bildirib:

“Prezident açıq şəkildə bəyan etdi ki, əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycan buna hazırdır və müvafiq addımlar atılacaq. Əgər Köçəryan hakimiyyətə gələrək sülh prosesini pozmağa və Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməyə çalışarsa, bu, region üçün ciddi nəticələr doğuracaq”.
Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə Köçəryanın bəyanatları daha çox daxili auditoriyaya hesablanıb. Lakin Ermənistan cəmiyyətinin revanşist çağırışlara dəstək verməsi ölkənin gələcəyi baxımından ciddi problemlər yarada bilər.(Referans Media )